04:13 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8726
İlham Əliyev və Mehriban Əliyeva

"Mütləq əksəriyyət İlham Əliyevin öz vədlərini tam yerinə yetirdiyi qənaətindədir"

© AFP 2019 / KIRILL KUDRYAVTSEV
SİYASƏT
Qısa URL
53 0 0

Əli Həsənov: "Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub"

BAKI, 11 aprel — Sputnik. "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili" adlı məqaləsində yazıb. O bildirib ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019" hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, 2018-ci ildə dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

"Hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə qalxıb, dünyanın bir çox ölkələrini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqe tutub. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutub. Bu forumun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünya ölkələri içərisində 30-cu yeri tutur" - Həsənov vurğulayıb.

Prezientin köməkçisinin sözlərinə görə, dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən bir il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub: "Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu fikri Fransanın "Opinion Way" şirkətinin 2019-cu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusunun yekunları da təsdiq edir".

"Təşkilatın Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün bölgələrində apardığı sorğularda respondentlərin 85,1%-i Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirdiyini bildirib. "Opinion Way"in "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları necə qiymətləndirirsiniz" sualına sorğuda iştirak edənlərin 90,5%-i müsbət cavab verib. Rəyi soruşulanların mütləq əksəriyyəti - 80%-ə qədəri Prezident İlham Əliyevin öz seçkiqabağı vədlərini tam yerinə yetirdiyi qənaətindədir" - Ə.Həsənov yazıb.

"Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirib. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir" - o, əlavə edib.

Əlaqədar

İlham Əliyevdən məcburi köçkünlərə yeni mənzil sözü
İlham Əliyev “ASAN xidmət” barədə sərəncam imzaladı
Tanınmış beynəlxalq qurum İlham Əliyevlə bağlı məlumat yaydı
İlham Əliyev gündəmi gərginlikdə saxlayan hadisənin araşdırılmasını əmr edib
Teqlər:
xalq, rəy, seçki, Azərbaycan, Əli Həsənov, İlham Əliyev, prezident

Əsas mövzular