SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kraliça Azərbaycana yeni səfir təyin etdi

© AFP 2023 / TOBY MELVILLEКоролева Великобритании Елизавета II
Королева Великобритании Елизавета II - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni səfir iyul ayı ərzində Azərbaycana gələcək.

BAKI, 2 aprel — Sputnik. Böyük Britaniya kraliçası II Elizabet Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

Заседания Совета национальной безопасности и обороны Украины - Sputnik Azərbaycan
SİYASƏT
Poroşenko Azərbaycana yeni səfir təyin etdi

Sputnik Azərbaycan Böyük Britaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, kraliça bu vəzifəyə diplomat Ceyms Şarpı təyin edib.

Məlumatda qeyd olunur ki, yeni səfir iyul ayı ərzində Azərbaycana gələcək.

Ceyms Şarp hazırda səfir olan Kerol Kroftsu əvəz edəcək. Xanım Korfts diplomatik xidmətdən təqaüdə çıxacaq.

Qeyd edək ki, Ceyms Şarp 2017-2018-ci illərdə Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya direktorluğunda siyasi müşavir olub.

Diplomat ailəlidir, iki oğlu var. 2018-ci ildən XİN-də Azərbaycan dili üzrə xüsusi kurs keçib.

Xəbər lenti
0