SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov Rusiya səfirinə Azərbaycanın narazılığını çatdırıb

© Sputnik / Murad OrujovЭльмар Мамедъяров, министр иностранных дел Азербайджана
Эльмар Мамедъяров, министр иностранных дел Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir"

BAKI, 7 mart — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş qarşı tərəfin xahişinə əsasən baş tutub.

Драка, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Bir qığılcım kifayətdir: Rusiya və Azərbaycanın düşmənləri aramızı vurmaq istəyir

Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də çoxtərəfli formatlarda uğurlu əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir M.Boçarnikov öz rəhbərliyinin tapşırığına əsasən, nazir E.Məmmədyarovu cari ilin aprelin 5-də Moskvada keçirilməsi planlaşdırılan MDB üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına dəvət edib.

Nazir Məmmədyarov öz tərəfindən dəvətə görə təşəkkürünü bildirib. Xarici işlər naziri Azərbaycan və Rusiya arasında mövcud əlaqələrin strateji xarakter daşıdığını və RF-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi oynadığı rolu vurğulayıb.

O, həmçinin cari il martın 5-6-da Moskvada Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin iştirakı ilə keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubu"nun növbəti iclasına RF dövlət rəsmilərinin də qatılmasının Azərbaycan tərəfinin etirazına səbəb olduğunu diqqətə çatdırıb.

Nazir, eyni zamanda, qeyd edib ki, hələ ötən ilin sonunda Yerevanda keçirilmiş sözügedən klubun ilk iclasına qondarma rejim nümayəndələrinin dəvət edilməsi, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxışların səsləndirilməsi ilə bağlı narazılığımız Rusiya tərəfinə çatdırıb. Bununla bağlı vurğulanıb ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir.

Söhbət əsnasında tərəflər, həmçinin, bölgədə və dünyada cərəyan edən proseslər və qarşılıqlı olaraq maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0