SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevlə Paşinyan yaxın vaxtlarda görüşəcək

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü
İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Həmsədrlər eyni zamanda əhalini sülhə hazırlamaq barədə regionda aparılan müzakirələr məmnunluqla qarşılayıblar

BAKI, 1 mart — Sputnik. Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərinin yekunlarına dair yaydığı birgə bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlərin bu yaxınlardakı Bakı və Yrəvan səfərləri zamanı liderlərin yanvar ayında Davosdakı Dünya İqtisadi Forumu zamanı baş tutan danışıqları barədə onları məlumatlandırıblar.

Xatırladaq ki, regiona son səfərləri zamanı həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sözügedən ölkələrdəki mövcud vəziyyəti müzakirə edərək bundan sonrakı addımlarla bağlı gözləntilərini çatdırıblar.

Minsk qrupu həmsədrləri təmas xəttində itkilərin olmaması ilə müşayiət edilən davamlı vəziyyəti müsbət qiymətləndiriblər. Həmsədrlər eyni zamanda əhalini sülhə hazırlanması barədə regionda aparılan müzakirələri məmnunluqla qarşılayıblar.

Xəbər lenti
0