SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səudiyyə Ərəbistanı şahzadəsi Azərbaycana gələcək

© AP Photo / Kamran JebreiliSəudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal
Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal - Sputnik Azərbaycan
Abunə olmaq
Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir

BAKI, 28 fevral — Sputnik. Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Azərbaycana səfərə gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının ABŞ və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal forumda da iştirak edib.

Xatırladaq ki, mart ayının 14-16-da keçiriləcək VII Qlobal Bakı forumununun əsas mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq. 450-dək qonağın iştirak edəcəyi forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamli inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclasları olacaq.

Xəbər lenti
0