16:14 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Elmar Məmmədyarov

Məmmədyarov: “Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirməlidir”

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
42 0 0

"Ümid edirik ki, bu il Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq"

BAKI, 11 fevral — Sputnik. "Ermənistanın hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidir və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq naminə hərəkət etməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Korea Times" qəzetinə müsahibəsində deyib.

"Ümid edirik ki, bu il Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində inkişaf, regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması, ilk növbədə, elə Ermənistanda iqtisadi artım üçün imkanlar yaradır" - E.Məmmədyarov bildirib.

"Ölkəmiz müxtəlif etnik qruplardan olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, beynəlxalq öhdəliklərinə uyğun olaraq, bunu Dağlıq Qarabağdakı erməni mənşəli vətəndaşlarına münasibətdə də etməyə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onlara yüksək səviyyəli özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması evlərinə qayıtmağa hazırdır və bu məsələ yaxınlarda icmanın dərc olunmuş bəyanatında da yenidən vurğulanıb", - XİN başçısı söyləyib.

Onun sözlərinə görə, əvvəllər Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar olub, lakin, təəssüf ki, Ermənistanın əvvəlki rəhbərliyinin "səyləri" nəticəsində bu əlaqələr kəsilib.

"Bilirsiniz, torpağı götürüb onunla başqa yerə getmək mümkün deyil. Əlbəttə ki, münaqişənin həllindən sonra bu iki icma bir yerdə yaşamalı olacaq. Buna görə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında əlaqələrin inkişafı və bərpası vacibdir" - deyə Azərbaycanın xarici işlər naziri bildirib.

Əsas mövzular