SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çindən bütün ölkələrə Venesuela təklifi

© REUTERS / Carlos Garcia RawlinsVenesuelada iğtişaşlar
Venesuelada iğtişaşlar - Sputnik Azərbaycan
Abunə olmaq
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Venesuela ilə bağlı yazılı açıqlama yayıb

BAKI, 9 fevral — Sputnik. "Çin Venesuelanın daxili işlərinin xalq tərəfindən Konstitusiya və qanun çərçivəsində dialoq və siyasi yol ilə həll edilməsini dəstəkləyir".

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying yazılı açıqlamasında bildirib.

Çin Venesuelada yaşanan problemlərin yalnız sülh və siyasi vasitələrlə aradan qaldırılmasını və beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərini dəstəklədiyini açıqlayıb.

Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, İsveç, Ekvador, Kosta-Rika, Boliviya və Uruqvayın yaratdığı beynəlxalq təmas qrupu üzvləri Venesuelada azad, şəffaf və etibarlı seçkilərin keçirilməsi çağırışı edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

 

Xəbər lenti
0