SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail səfirinin Azərbaycanı tərk edəcəyi vaxt açıqlandı

© Sputnik / Murad Orujovİsrail və Azərbaycan bayrağı
İsrail və Azərbaycan bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaxın vaxtlarda İsrail ilə Azərbaycan arasında hər hansı bir səfərin həyata keçirilməsi planlaşdırılmır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 fevral - Sputnik. İsrailin Azərbaycandakı hazırkı fövqəladə və səlahiyyətli səfiri Dan Stav yayadək bu vəzifəsini davam etdirəcək. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Avital Rozenberg deyib.

© TRENDAvital Rozenberg
İsrail səfirinin Azərbaycanı tərk edəcəyi vaxt açıqlandı - Sputnik Azərbaycan
Avital Rozenberg

Xanım diplomatın sözlərinə görə, səfirlik işçilərinin və səfirin dəyişdirilməsi prosesi diplomatik fəaliyyətinin başa çatması zamanı müntəzəm olaraq baş tutan dəyişikliklərin bir hissəsidir: "İsrailin Azərbaycandakı hazırkı fövqəladə və səlahiyyətli səfiri Dan Stav yaya qədər bu vəzifəni davam etdirəcək. Böyük ehtimalla, yeni səfir Azərbaycana yay fəslində gələcək. Lakin hazırda Dan Stav Azərbaycandadır və o, Azərbaycanda gerçəkləşdirdiyimiz layihələrə, səfirliyin işinə nəzarət edir".

Rozenberg, eyni zamanda qeyd edib ki, yaxın vaxtlarda İsrail ilə Azərbaycan arasında hər hansı bir səfərin həyata keçirilməsi planlaşdırılmır: "Bildiyiniz qədər ilə İsraildə bu ilin aprel ayında növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda İsraildə seçkiöncəsi kampaniya və seçkilərlə bağlı digər proseslər gedir. Ona görə də, böyük ehtimalla yeni hökumət formalaşana qədər hər iki tərəfdən hər hansı bir səfər gerçəkləşməyəcək".

Xatırladaq ki, ötən ilin noyabrın 16-da İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib. Bu vəzifəyə Corc Dik təyin edilib. O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb. İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb. Daha sonra 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.

Xəbər lenti
0