05:03 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Milli Məclis

Milli Məclisdə hiddət: "Onların söyüşlərinə cavab verməliyik"

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
12229 0 0

Siyavuş Novruzov: "Xaricdən Azərbaycan qarşı yönləndirilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər"

BAKI, 1 fevral - Sputnik. Milli Məclisin deputatı Siyavuş Novruzov "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu və ya mövcud qanuna dəyişiklilərlə bağlı təkliflə çıxış edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, S.Novruzov bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da siyasi partiyaların maliyyə mənbəyi ilə bağlı qərar qəbul olunsa da, bir qrup partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermir, bu prosesdən yayınır. 

"Onlar bununla maliyyə dövriyyəsinin olmadığını bildirirlər. Amma əksəriyyəti yanlarında cangüdən, köməkçi gəzdirirlər. Bu azmış kimi, "qara pullar" hesabına Azərbaycanda mitinq, yürüş, qarşıdurma yaratmağa cəhd edirlər. Maliyyə mənbəyinin qarşısı alınmasa, onlar əməllərindən əl çəkməyəcəklər. Çünki pul verənlər tapşırıqlarını həmin şəxslər vasitəsilə həyata keçirirlər" - deyə deputat vurğulayıb.

S.Novruzovun sözlərinə görə, xaricdən Azərbaycana qarşı yönləndirilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər: "Onlar yalnız söyüş söyməyi bacarırlar. Əgər belədirsə, biz də onlara cavab verməliyik. Hətta söyüşü də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edirlər".

"Təbii ki, bu, onların özlərinin deyil, xaricdəki qüvvələrin məhsuludur. Onlar anlamırlar ki, biz illərdir siyasətlə məşğuluq və onların taktikasını, mexanizmini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Azərbaycan çox uğurla inkişaf edir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, bizi sevməyən qüvvələrin halı daha da pisləşir" - millət vəkili vurğulayıb.

Əlaqədar

Milli Məclis ilk plenar iclasına start verib
Parlamentin İntizam komissiyasının yeni tərkibi təsdiqlənib
Teqlər:
millət vəkili, deputat, Siyavuş Novruzov, Milli Məclis

Əsas mövzular