SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

© AFP 2023 / TATYANA ZENKOVICHErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
"Sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?"

BAKI, 31 yanvar — Sputnik. "Paşinyanın məntiqini anlamaq çətindir". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” bəyanatını şərh edərkən bildirilib. 

"Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrində, eləcə də münaqişənin həlli ilə bağlı, demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: "cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?"", - deyə məlumatda qeyd olunub. 

Xəbər lenti
0