09:00 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ukrayna vətəndaşı Azərbaycandan üzr istədi

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
24 0 0

Konstantin Andriyuk gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini vurğulayıb

BAKI, 30 yanvar — Sputnik. Ukrayna vətəndaşı Konstantin Andriyuk Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bildirən K.Andriyuk gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini vurğulayıb.

O eyni zamanda gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. K.Andriyukun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Əsas mövzular