14:19 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
AŞPA-nın sesssiyası

AŞPA-nın qış sessiyası öz işinə başlayıb

© AFP 2019 / FREDERICK FLORIN
SİYASƏT
Qısa URL
62 0 0

Qış sessiyası yanvarın 21-də başlayıb və 5 gün davam edəcək

BAKI, 21 yanvar — Sputnik. Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, sessiya zamanı dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə birgə müzakirələr aparılacaq.

Sessiya zamanı ötən il Gürcüstanda keçirilmiş prezident seçkiləri və Ermənistanda baş tutan növbədənkənar parlament seçkiləri də müzakirə olunacaq.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün ötən gün Fransanın Strasburq şəhərinə yola düşüblər.

Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.

Qış sessiyası yanvarın 21-də işə başlayacaq və 5 gün davam edəcək. Öncə təşkilati məsələlərə baxılacaq, qurumun yeni rəhbərliyi seçiləcək. Sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası olacaq, AŞPA-nın hazırkı baş katibi T.Yaqland çıxış edəcək.

AŞPA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmə və təbliğetmənin ifşasında ictimai medianın rolu, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Avropa insan hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirədə "AŞ üzvü olan dövlətlər Qahirə deklarasiyasını imzalaya bilərmi?" sualı ətrafında polemika aparılacaq.

Milli Məclisin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Sessiya yanvarın 25-də başa çatacaq.

Əlaqədar

Paşinyan hökuməti və ermənilərin AŞPA-dakı dəyişən hədəfləri
AŞPA öz səlahiyyətlərini artıra bilmədi
AŞPA-dan şok qərar: İslamın siyasi genişlənməsi qadağan edildi
Azər Həsrət: “Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirməlidir”
Teqlər:
müzakirə, deputat, sessiya, Azərbaycan, AŞPA

Əsas mövzular