SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zakir Həsənovdan orduya “hazır ol” mesajı

© AR Ministry of DefenseMərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə
Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir

BAKI, 5 yanvar — Sputnik. "Əldə edilmiş uğurlardan arxayınlaşmamalı, qoşunların taktiki, operativ və strateji səviyyələrdə fəaliyyətləri daim təkmilləşdirilməli, şəxsi heyət isə düşmən üzərində üstünlüyümüzü qorumaqla hər an döyüş əməliyyatlarına hazır olmalıdır".

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bunu nazir Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib.

© AR Ministry of DefenseMərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə
Zakir Həsənovdan orduya “hazır ol” mesajı - Sputnik Azərbaycan
Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibəti ilə xalqımıza təbrikini xatırladan Müdafiə naziri bayram təbrikində ordumuza verilən qiyməti xüsusi vurğulayıb və şəxsi heyət qarşısında qoyulan konkret tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti təhlil edərək ötən il ərzində görülən işlər, əldə edilmiş uğurlar və 2019-cu ildə yerinə yetiriləcək fəaliyyətlər barədə çıxış edib.

© AR Ministry of DefenseMərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə
Zakir Həsənovdan orduya “hazır ol” mesajı - Sputnik Azərbaycan
Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə

Azərbaycan Ordusunun bütün qoşun növü və qismlərinin fəaliyyətinə toxunan general-polkovnik Z.Həsənov müşavirə iştirakçılarından əsas diqqətin döyüş hazırlığı, qoşunların operativ, fasiləsiz və gizli idarə edilməsi, müdafiə sisteminin dayanıqlığı, qarşılıqlı fəaliyyətlərin təkmilləşdirilməsi, komandir və rəis heyətinin peşəkarlığının daim artırılması, şəxsi heyətin təlim-tərbiyəsi, vətənpərvərlik və döyüş ruhunun möhkəmləndirilməsi, hərbi qulluqçuların sağlamlığı və döyüş təminatının digər aspektlərinə yönəldilməsini tələb edib.

Müdafiə naziri çıxışında xüsusi qeyd edib ki, dövlət başçısının da bildirdiyi kimi ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir.

Xəbər lenti
0