03:39 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
22 0 0

Görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq

BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-26-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, İsa Həbibbəyli, Hadi Rəcəbli, deputatlardan Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Ölkənin paytaxtı Tehranda parlamentin spikerinin İran İslam Respublikasının prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani, xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri Urmiya şəhərində olacaqlar. Burada deputatlarımızın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarla görüşü gözlənilir.

Əlaqədar

Azərbaycandan İrana gedənlərin sayı artıb
İki iranlı Azərbaycana bəla gətirən zaman yaxalanıb
Azərbaycan-İran sərhədində atışma olub, yaralanan var
Azərbaycanlı nazir iranlı komandanla görüşüb
Teqlər:
səfər, Azərbaycan, İran İslam Respublikası, Oqtay Əsədov, Milli Məclis

Əsas mövzular