12:27 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Nəsimi Ağayev

Baş konsul: "Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir" - VİDEO

© XİN-nin mətbuat xidməti
SİYASƏT
Qısa URL
33 0 0

Baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini qeyd edib

BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu şəhərdə fəaliyyət göstərən "ECONEWS" teleradio şirkətinə geniş müsahibə verib.

Baş Konsulluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibəni "ECONEWS" teleradio şirkətinin rəhbəri Nensi Perlman götürüb.

N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, turizm potensialı və iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan diplomat bu gün Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən çağdaş dövlət quruculuğu işlərinin uğurla davam etdirildiyini vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini qeyd edib. N.Ağayev Ermənistanın məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırımı həyata keçirdiyini diqqətə çatdırıb. O, Ermənistanda heç bir təhlükəsizlik standartlarına cavab verməyən Metsamor Atom Elektrik Stansiyasının istismarının davam etdirilməsinin bütün region üçün böyük təhlükə daşıdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bu addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, müsahibə Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 35 televiziya kanalında, eləcə də müxtəlif radiokanallarda yayımlanmaqdadır.

"ECONEWS" teleradio şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio və televiziya proqramlarının hazırlanması ilə tanınır və üç dəfə məşhur Emmi mükafatına namizəd olub.

Əsas mövzular