23:58 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Министр иностранных дел России Сергей Лавров

Lavrov: “Vladimir Putin İlham Əliyevin şəxsi münasibətlərini yüksək qiymətləndirir”

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
87 0 0

"Sizə Vladimir Vladimiroviç Putinin ən xoş arzularını və salamlarını çatdırıram"

BAKI, 14 deabr – Sputnik. Vladimir Putin İlham Əliyevin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətini yüksək qiymətləndirir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul edib
© Official web-site of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

"Sizə Vladimir Vladimiroviç Putinin ən xoş arzularını və salamlarını çatdırıram. O, Sizin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətinizi yüksək qiymətləndirir. Artıq hesabladığımız kimi, sizin bu il altı dəfə keçirilən görüşləriniz, son görüşləriniz, o cümlədən qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar yerinə yetirilir. Hökumətlərarası Komissiyanın sabahkı iclası da yəqin ki, sizin razılaşdırdığınız istiqamətlər – ticarətin asanlaşdırılması, büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması, nəqliyyat sahəsində əməkdaşlıq, birgə müəssisələrin yaradılması, Siz qeyd etdiyiniz kimi, humanitar əlaqələr, ən müxtəlif sahələr, o cümlədən bizim əməkdaşlığımızın vacib sahəsi olan Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətə təkan verəcək. Biz Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyəti qiymətləndiririk. İndi Avropa Şurasının strukturlarında bütün üzv ölkələrin bərabər hüquqlarının təmin olunduğu bu təşkilatın Nizamnaməsinin əsas qaydalarına yenidən baxılması cəhdləri var. Biz ATƏT-də də birlikdə işləyirik" - deyə o bildirib.

Əsas mövzular