17:57 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9356
Bakı

Azərbaycan sədrliyi Bolqarıstana təhvil verir

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
19 0 0

Azərbaycanın 2018-ci il 1 iyul - 31 dekabr tarixləri çərçivəsində QDİƏT-də sədrliyi "Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi" şüarı altında həyata keçirilir

BAKI, 14 dekabr — Sputnik. Sabah Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcəklər.

Kraliça II Yelizaveta
© Sputnik / Sergey Guneyev

Azərbaycanın 2018-ci il 1 iyul - 31 dekabr tarixləri çərçivəsində QDİƏT-də sədrliyi "Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi" şüarı altında həyata keçirilir. Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

Azərbaycanın sədrliyi dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat və informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq bu il oktyabrın 25-də və dekabrın 4-də keçirilib. Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla 4 nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib. Həmçinin 10-dan yuxarı QDİƏT-in əlaqəli orqanlarının toplantıları, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, Azərbaycan sədrliyinin müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb.

Bundan əlavə, Azərbaycanın sədrliyi zamanı "QDİƏT regionunda regional ticarətin asanlaşdırılması üzrə Strategiya" və "QDİƏT-in bir pəncərə əməkdaşlığı üçün Çərçivə" sənədlərinin layihələri üzərində işin başa çatdırılması məqsədilə müvafiq müzakirələr davam etdirilib. Sözügedən sənədlər regionda artan rəqabət qabiliyyətinə, eləcə də QDİƏT məkanında ölkələrin rifahı naminə ticarətin asanlaşdırılması prosesinə yeni təkan verilməsi məsələlərini özündə ehtiva edir.

QDİƏT-ə sədrlik Azərbaycandan sonra Bolqarıstana keçəcək.

Qeyd edək ki, QDİƏT Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 üzvü var: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdirlər.

Əsas mövzular