18:08 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9356
Xarici işlər nazirinin müavini Xələf Xələfov

Rusiya və ABŞ-dan Azərbaycana böyük etimad

© Photo : REPORT IA
SİYASƏT
Qısa URL
147 0 0

Xələf Xələfov: "Bakı növbəti dəfə yüksək səviyyəli görüşün, dünya əhəmiyyətli məsələlərin müzakirə olunduğu görüşə ev sahibliyi edəcək"

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. "Bu görüş bizim ölkəyə olan etimadın göstəricisidir. Azərbaycanın həm Rusiya, həm də Birləşmiş Ştatlarla münasibətləri strateji önəm daşıyır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələf jurnalistlərə açıqlamasında, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparotti ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında bu gün Bakıda keçiriləcək görüşə münasibət bildirərkən deyib.

"Bu onu göstərir ki, hər iki tərəf Azərbaycana etibar edir. Bakı növbəti dəfə yüksək səviyyəli görüşün, dünya əhəmiyyətli məsələlərin müzakirə olunduğu görüşə ev sahibliyi edəcək. Mən düşünürəm ki, bu, beynəlxalq aləmdə nüfuzunun göstəricisidir" - deyə Xələfov vurğulayıb.

Əlaqədar

Azərbaycan - ABŞ münasibətlərinin strateji məqamları müzakirə olunub
ABŞ-dan Azərbaycan nefti ilə bağlı proqnoz gəldi

Əsas mövzular