17:42 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Azərbaycan Xarici İşlər Nazirliyi

Yerevanda baş verənlər rəsmi Bakıda etiraza səbəb olub - Moskvaya nota

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
0 0 0

XİN: Yaşananlar Azərbaycan ilə Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür

BAKI, 5 dekabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubu"nun ilk iclasına münasibət bildirib. Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Ermənistan və Rusiya KİV-ləri bu il noyabrın 30-dan dekabrın 1-dək Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubunun" birinci iclası barədə məlumatlar yayıb.

"Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir" - deyə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, təşkilatçılar tərəfindən Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan ilə Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür.

"Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir. V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir" - Nazirlikdən vurğulanıb.

"Nəhayət, "Lazerev klubu"nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb" - deyə XİN bəyan edib.

Əlaqədar

Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb
Azərbaycan Prezidenti Rusiya Jurnalistlər İttifaqının sədrini qəbul edib
Azərbaycanla Rusiya arasında mətbuat əməkdaşlığının potensialı müzakirə olunub
Teqlər:
Ermənistan, Rusiya, "Lazarev klubu", Moskva, Yerevan, XİN, Azərbaycan

Əsas mövzular