14:36 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycan XİN sərt bəyanatla çıxış etdi

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
7788 0 0

XİN: Qondarma rejimin “rəhbəri”nin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahəti, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər

BAKI, 25 noyabr - Sputnik. Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Rusiya Federasiyasına səfər edib. Qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Açıqlamada qeyd edilir ki, Rusiya tərəfinin bu addımı Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də “Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini” əks etdirən iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.

“Qondarma rejimin “rəhbəri”nin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahəti, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə açıqlamada vurğulanır.

Əsas mövzular