SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti türkmənistanlı həmkarı ilə təkbətək görüş keçirib

Abunə olmaq
İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub

BAKI, 22 noyabr — Sputnik. Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin Aşqabadda rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti türkmənistanlı həmkarı ilə təkbətək görüş keçirib - Sputnik Azərbaycan
İlham Əliyevin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndi. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edildi.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü
Azərbaycan Prezidenti türkmənistanlı həmkarı ilə təkbətək görüş keçirib - Sputnik Azərbaycan
Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Sonra prezidentlər rəsmi foto çəkdirdilər.

Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti türkmənistanlı həmkarı ilə təkbətək görüş keçirib - Sputnik Azərbaycan
İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub
Xəbər lenti
0