SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransadan cavab gəldi: Separatçı “Dağlıq Qarabağ Respublikasını” tanımırıq

© AFP 2023 / CLEMENS BILANЗдание МИД Франции
Здание МИД Франции - Sputnik Azərbaycan
Abunə olmaq
“Özünü Dağlıq Qarabağ respublikasının başçısı hesab edənlərlə heç bir əlaqə saxlamırıq”

BAKI, 17 noyabr — Sputnik. Fransa “Dağlıq Qarabağ Respublikasını” tanımır və özünü onun rəhbəri hesab edən şəxslərlə heç bir əlaqə saxlamır.

Sputnik Azərbaycan-ın RİA "Novosti"yə istinadən məlumatına görə, bunu Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycanın Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə etirazı ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.

"Fransa separatçı Dağlıq Qarabağ respublikasını tanımır və özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. Fransa Minsk qrupunun həmsədri kimi dinc və stabil həll yolu tapmaq üzərində işləyir və öz vasitəçi missiyasını ədalətlə yerinə yetirir" - deyə XİN rəsmisi əlavə edib.

Xatırladaq ki, bundan əvvəl erməni mətbuatı Bako Saakyanın Fransaya səfərə getdiyini xəbər vermişdi. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə kəskin münasibət bildirmişdi.

Xəbər lenti
0