SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Libermanın gedişi: Azərbaycanı nə təhdid edir

© AFP 2023 / MENAHEM KAHANAAviqdor Liberman
Aviqdor  Liberman - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailli politoloq ölkəsinin müdafiə nazirinin istefasının doğuracağı nəticələri və Azərbaycanla münasibətlərə təsirini şərh edib

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Aviqdor Libermanın istefası Azərbaycanla İsrailin münasibətlərinə ziyan vurmayacaq. Bu barədə Sputnik Azərbaycan-a israilli politoloq Yuri Boçarov bildirib.

Министры обороны Азербайджана и Израиля Закир Гасанов и Авигдор Либерман перед встречей в Министерстве обороны Азербайджана. Баку, 13 сентября 2018 года - Sputnik Azərbaycan
Azərbaycan və İsrailin müdafiə nazirlərinin görüşü olub

İsrailin müdafiə naziri Aviqdor Liberman Qəzza zolağında fələstinli silahlılara qarşı hərbi əməliyyatların dayandırılmasına etiraz olaraq vəzifəsindən getdiyini bəyan edib. Bundan əlavə, o, mümkün qədər tez müddətdə ölkədə erkən seçkilərin keçirilməsinə çağırıb, həmçinin rəhbərlik etdiyi "İsrail bizim evimizdir" partiyasının hakim parlament koalisiyasından çıxdığını deyib.

"İsraillə Azərbaycan arasındakı münasibətlərin siyasi yönümünü ayrı-ayrı nazirlər yox, Benyamin Netanyahunun başçılıq etdiyi Nazirlər Kabineti müəyyən edir. Bu siyasəti Libermanın istefası dəyişə bilməz, demək münasibətlərimiz üçün prinsipcə heç bir təhlükə yoxdur" - Boçarov bildirib.

Onun sözlərinə görə, ümumilikdə erkən seçkilər məsələsi çoxdan gündəmdədir və parlamentin qış sessiyasının başlanması ilə Benyamin Netanyahu tərəfindən elan olunmalı idi: "Lakin bir sıra daxili problemlər baş naziri "taym aut" götürməyə və işləri qaydasına salmağa məcbur etdi. Amma bu və ya digər şəkildə bütün partiyalar seçki platformasını və proqramını müəyyən etməklə məşğuldurlar".

Ekspert bildirib ki "İsrail bizim evimizdir" (İBE) partiyasının son zamanlar reytinqinin çox aşağı olması heç kəsə sirr deyil: "Partiyanın əsas elektoratı olan rusdilli repatriantlar təşkilatdan cəbhədə qələbə yox, sosial məsələlərin həllini gözləyirmişlər. Lakin Libermanın təşəbbüskarı olduğu bütün sosial layihələr ya uğursuz olublar, ya da minimal nəticə veriblər. Bunun hamısı əsasən koalisiyanın günahı ucbatından baş verib".

"Bütün bunlar partiyanın reytinqinə təsir edib və bu gün müxtəlif sorğulara əsasən, İBE cəmi 5-6 mandat toplayır. Bəzi nəticələr bundan da aşağıdır. Unutmayaq ki, Knessetə düşmək üçün ən azı 4 mandat toplamaq lazımdır. Yəni, İBE parlamentə düşməyə də bilər" – politoloq qeyd edib.

Ekspertin sözlərinə görə, bununla bağlı Liberman reytinqi barədə düşünərək hərdən populist qanunlar qəbul etməli olur. Belə ki, iki illik "sükut"dan sonra İBE qətl törətmiş terrorçulara qarşı ölüm hökmünün tətbiqi haqda qanun layihəsini yada salıb: "Bu gün İsraildə ölüm hökmü yoxdur və belə çıxır ki, hətta bir neçə nəfəri öldürmüş terrorçu həbsxanada oturaraq hansısa razılaşma nəticəsində dəyişdiriləcəyinə ümid edə bilər".

Bununla bağlı Qəzza zolağındakı bütün son hadisələr (etiraz aksiyaları, terror və raket atışları) və müdafiə naziri Libermanın başçılıq etdiyi ordunun praktiki olaraq "dişsiz" cavabları İsrail ictimaiyyəti tərəfindən ordunun məğlubiyyəti və uğursuzluq kimi qəbul edilib.

"Ola bilsin ki, Liberman sərt hərbi təşəbbüslərinin qarşısının baş nazir tərəfindən alındığını deyəndə haqlıdır. Lakin hökumətin bağlı qapıları arxasında baş verən proseslər nadir hallarda ictimaiyyətə məlum olur. Biz yalnız KİV-də baş verənlərə reaksiya veririk. Aşkarda görünən isə son döyüşlərdə uduzmağımızdır" - Boçarov bildirib.

Politoloq qeyd edib ki, bütün bunların fonunda istefa Liberman üçün yeganə çıxış yolu idi. Bununla o, imicini qoruya və "uduzmuş" hökuməti yıxa bilər.

Министр иностранных дел Израиля Авигдор Либерман - Sputnik Azərbaycan
SİYASƏT
İsrailin müdafiə naziri Azərbaycana gəlir

"Hökumət üçün onun addımının nə dərəcədə təhlükəli olması yaxın günlərdə aydın olacaq. Çünki hətta İBE koalisiyadan çıxandan sonra baş nazir bir səs çoxluğu ilə əksəriyyəti öz əlində saxlayır. Əgər o, indi koalisiya üzrə tərəfdaşları ilə razılığa gələ bilsə, bir neçə ay udacaq, sonra isə özü erkən seçkilərə gedəcək" - Boçarov əlavə edib.

Politoloqun sözlərinə görə, İsraildəki vəziyyət və Netanyahunun əsas siyasi rəqiblərinin problemləri onu göstərir ki, Likud (Netanyahunun partiyası - red.) seçkilərdə yenə də qələbə qazanacaq və növbəti hökuməti formalaşdıracaq: "Söhbət sadəcə hökumət koalisiyasına kimlərin daxil olmasından gedə bilər. Çünki praktiki olaraq, bütün partiyaların parlamentdəki nümayəndələrinin sayı dəyişəcək. Demək, Netanyahunun başçılıq edəcəyi hökumətin tərkibi də dəyişəcək".

Aviqdor Liberman müdafiə naziri postunu 2016-cı ildə tutub. O, Benyamin Netanyahunun öncəki iki hökumətində XİN başçısı olub.

Xəbər lenti
0