SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Ermənistan tərəfi diplomatik etikanı pozur

© TRENDРуководитель пресс-службы МИД Азербайджана Лейла Абдуллаева
Руководитель пресс-службы МИД Азербайджана Лейла Абдуллаева - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşdə KTMT-nin Astanadakı sammitini müzakirə edib

BAKI, 13 noyabr — Sputnik. “Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfirini qəbul etməsi diplomatik protokolda istisna hallardan biridir və bu, Azərbaycanla Belarus arasında münasibətlərin və qarşılıqlı hörmətin yüksək səviyyəli inkişafının təzahürüdür”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
SİYASƏT
XİN Norveç səfirliyinin bağlanmasına münasibət bildirdi

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN-in Belarus prezidenti və Azərbaycan səfiri arasında keçirilmiş görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıyla bağlı məsələlərin müzakirə olunmasını "düzgün olmayan addım” kimi qiymətləndirməsi ilə əlaqədar Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan ənənəvi brifinqdə Belarus prezidenti və Azərbaycan səfiri arasında görüşə toxunaraq, KTMT-nin daxili məsələlərinin Bakı ilə müzakirə edilməsinin korrekt olmadığını bildirib.

Xatırladaq ki, Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşdə KTMT-nin Astanadakı sammitini müzakirə edib.

“İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarusa gözlənilən səfəri ikitərəfli əlaqələrin inkişafına daha da təkan verəcək və ölkələrimiz arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcək.

O ki qaldı Ermənistan XİN-in mətbuat katibinin qeyd etdiyiniz açıqlamasına, dövlət başçıları ilə bağlı bu qəbildən olan fikirlərin səsləndirilməsi diplomatik etika və protokol qaydalarına ziddir. Hesab edirik ki, müttəfiq dövlətlər KTMT çərçivəsində bu kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır” – Abdullayeva bildirib.

Xəbər lenti
0