14:58 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Dmitri Savelyev

"Aprel döyüşlərində Azərbaycan vəziyyəti öz xeyrinə dəyişə bildi"

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
48 0 0

"Çox təəssüflər olsun ki, vəziyyəti dəyişmək, obyektiv məlumatı dünya birliyinə çatdırmaq üçün xeyli vaxt tələb olundu"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. “2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşən zaman qondarma separatçı rejim informasiya müharibəsi faktından geniş istifadə etdi. ABŞ-da və Avropada olan erməni lobbisi bu ölkələrin rəhbərliyi ilə bu istiqamətdə aktiv şəkildə işləməyə başladı”. 

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Bakı Humanitar Forumunda “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitli təhdid” mövzusunda işçi sessiyanda çıxışı zamanı rusiyalı deputat Dmitri Savelyev bildirib.

"Onlar aprel müharibəsi zamanı baş verənləri təhrif edərək, bu ölkələrin rəhbərliyində baş verənlər barədə yanlış təəssürat yaratmağa çalışdılar. Erməni tərəfi dünya KİV-i ilə də aktiv iş aparırdı. Qondarma Qarabağ administrasiyası aprel müharibəsi günlərində gündəlik press brifinqlər keçirir, jurnalistlərin suallarını cavablandırır, peyk vasitəsilə ödənişsiz yayımlar həyata keçirirdilər. Bununla da dünya birliyinin erməni separatçıları tərəfindən çıxış etməsi ilə bütün işlər görülürdü" - deyə Savelyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi də dünya KİV-ləri ilə çox ciddi iş gördü və nəticədə ümumi vəziyyət, münaqişə zonasında duruma dair obyektiv xəbərlər dünyanın aparıcı KİV-ində yayılmağa başladı: "Lakin çox təəssüflər olsun ki, vəziyyəti dəyişmək, obyektiv məlumatı dünya birliyinə çatdırmaq üçün xeyli vaxt tələb olundu. Bu fakt bir daha KİV-lə işin operativ təşkilinin vacibliyini göstər. İnformasiya müharibələrində birbaşa olaraq hücum dinc əhaliyə qarşı yönəlir".

Əlaqədar

Aprel döyüşləri vaxtı vurulan ziyanla bağlı məhkəməyə 700 ərizə göndərilib
"Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını göstərdi"
Müdafiə Nazirliyi aprel döyüşləri barədə yazılanlara cavab verdi
Aprel döyüşləri barədə yalan məlumat yayan Rusiya telekanalı bağlandı
Teqlər:
aprel döyüşləri, Dmitri Savelyev

Əsas mövzular