15:48 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Yerevanda etirazlar, 23 aprel 2018-ci il

"Ermənistanda baş verən hakimiyyət dəyişikliyi danışıqları yavaşıdıb"

© Sputnik / Asatur Yesayants
SİYASƏT
Qısa URL
35 0 0

Məmmədyarov: Yerevanda baş vermiş hakimiyyət dəyişikliyi və indiyədək müşahidə olunan siyasi təlatümlər müəyyən dərəcədə prosesi yavaşıdıb

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli prosesini başlamaq üçün substantiv danışıqları davam etdirməyə hazırdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində Cənubi Qafqazdakı cari vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

İlin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin münaqişənin nizamlanması ilə bağlı görüşüb-görüşməyəcəyinə gəlincə, nazir xatırladıb ki, rəsmi Bakı dəfələrlə nəticəyə hesablanmış mövqeyini ifadə edib. 

"Əgər siz son vaxtlardakı danışıqların gedişatını izləsəniz, görərsiniz ki, məhz rəsmi Bakı dəfələrlə nəticəyə — Azərbaycan ərazilərinin işğalına sona qoyulmasına, başda Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri olmaqla məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtması üçün şəraitin yaradılmasına, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni əhalisinin geniş özünüidarəetmə hüquqlarının təmin edilməsinə yönəlmiş məsuliyyətli dialoqun təşviqinin vacibliyini bildirib" — nazir deyib.

Azərbaycan XİN-in başçısı hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında MDB sammiti çərçivəsində Düşənbədə keçirilən yüksək səviyyəli danışıqlar Azərbaycanın nəticəli dialoqa hazır olduğunun bariz nümunəsidir.

"Yerevanda baş vermiş hakimiyyət dəyişikliyi və indiyədək müşahidə olunan siyasi təlatümlər müəyyən dərəcədə prosesi yavaşıdıb" — deyən nazirin ümid etdiyini bildirib ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana gözlənilən səfərinə gəlincə, Məmmədyarov deyib ki, olduqca geniş xarici siyasi əlaqələr sisteminə malik olan Azərbaycan bir çox dünya oyunçuları ilə təmasları qoruyub saxlayıb. 

Onun sözlərinə görə, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Azərbaycan üçün geniş dialoq sahəsinə malik dövlətlərdəndir.

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının mümkünlüyü barədə sualı cavablandırarkən Elmar Məmmədyarov deyib ki, Azərbaycan Respublikası balanslaşdırılmış xarici siyasət yürüdür.

"Biz KTMT üzvü olan bütün dövlətlərlə geniş ikitərəfli dialoq və qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlıq əlaqələrini inkişaf etdiririk. Təbii ki, Azərbaycana qarşı hərbi təcavüz siyasətini davam etdirən, ölkəmin beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edən, həmin yerlərdə azərbaycanlıların qanlı və total etnik təmizlənməsini həyata keçirən Ermənistan istisnadır" — deyə nazir əlavə edib.

Əlaqədar

XİN: Fransa şəhərinin meri "qara siyahı"ya salınacaq
XİN Sidney qəsəbəsi və beynəlxalq səylər haqqında bəyanat verdi
Almaniya və ABŞ-ın mövqeyi Ermənistana mesajdır – XİN
XİN: Ermənistan Fransanın sülh səyinə zərbə vurur
Türkiyə XİN-dən səudiyyəli jurnalistin itməsi ilə bağlı açıqlama

Əsas mövzular