SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Azərbaycanın altı ölkədəki səfirini geri çağırdı

Abunə olmaq
Elşən Vəliyev Ukraynanın Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilib

BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Tarik İsmayıl oğlu Əliyev Azərbaycan Respublikasının Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Bu barədə Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən məlumat verir.

Prezidentin digər sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı həmçinin Elşən Xanlar oğlu Vəliyevi Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edib. 

Elşən Vəliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin oğludur.

Xəbər lenti
0