SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampın müşaviri Bakıya gəlir

© AP Photo / Alonzo AdamsABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton - Sputnik Azərbaycan
Abunə olmaq
Con Bolton "öz ayağı ilə gələn nadir şans" kimi dəyərləndirildi

BAKI, 8 oktyabr — Sputnik. Yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan və Azərbaycana səfər edəcək. Bu barədə Sputnik Ermənistan politoloq Suren Sarkisyana istinadən xəbər verir.

Onun sözlərinə görə, səfər müşavirin öz təşəbbüsü ilə baş tutacaq.

"Vaşinqtonun ən nüfuzlu şəxslərindən biri iki həftə sonra (əgər nəsə baş verməzsə) Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Ermənistan üçün ikitərəfli münasibətlər baxımından unikal imkandır" — deyə ekspert yazır.

Sarkisyan, əmindir ki, erməni tərəfi "ciddi məsələləri" Bolton vasitəsilə həll edə bilər. O, bunu "öz ayağı ilə gələn nadir şans" kimi dəyərləndirib.

Xəbər lenti
0