SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan nümayəndə heyəti Türkiyəyə yola düşüb

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov Türkiyədə Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşündə iştirak edəcək

BAKI, 8 oktyabr — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı etdiyi nümayəndə heyətimiz oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirə 40-dan artıq ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar. Nümayəndə heyətimizin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Toplantıda "Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf" mövzusunda müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Milli Məclisin sədri çıxış edəcək. Burada parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Xəbər lenti
0