SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bölgəmizdəki mövcud hərbi-siyasi vəziyyət müzakirə olunub

© AR Ministry of DefenseMüdafiə naziri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Müdafiə naziri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Xəbər lenti
0