SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev həmkarına məktub göndərdi

Abunə olmaq
"Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə həmin ölkənin rəhbəri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Prezident İlham Əliyev Tacikistana səfərə gedib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Tacikistanda səfərdədir

Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Çin əlaqələri qədim tarixə və xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsinə mühüm təsir göstərir.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbər lenti
0