SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan yeni bir dövlətlə diplomatik əlaqələr qurdu

© Photo : XİN-nin mətbuat xidmətiXarici işlər naziri Elmar Məmmədyarovun San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə Nyu-Yorkda görüşü keçirilib
Xarici işlər naziri Elmar Məmmədyarovun San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə Nyu-Yorkda görüşü keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarovla Urbino Botelho arasında Nyu-Yorkda görüş keçirilib

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Respublikası ilə San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Xarici işlər naziri Elmar Məmmədyarovun San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə Nyu-Yorkda görüşü keçirilib. BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" sənədi imzalayıblar.

Qeyd edək ki, San-Tome və Prinsipi Demokratik Respunlikası Afrika qitəsində yeləşən dövlətdir. Paytaxtı San Tome şəhəridir. Qvineya körfəzində yerləşən iki adadan ibarətdir.

Əhalisi 2012-ci ilin siyahıyaalmasına görə — 187 356 nəfərdir. 2015-ci ildən isə burada, təxminən 192 min insan yaşayır. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik ölkə 1975-ci ilin iyulun 12-də istiqlaliyyətini qazanıb.

Xəbər lenti
0