07:13 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov

Deputat: “Putinin Azərbaycana səfəri zamanı çox ciddi razılaşmalar əldə olunacaq”

© Sputnik / Kemale Aliyeva
SİYASƏT
Qısa URL
1751920

“Rusiyadan fərqli olaraq Birləşmiş Ştatlar bizim qonşuluğumuzda olan regionlarda hər hansı bir problemin həllində maraqlı deyil”

BAKI, 21 sentyabr — Sputnik. “Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Moskvaya baş tutan səfəri zamanı hər iki ölkənin liderləri bir sıra məsələləri müzakirə edib. İlham Əliyevin Vladimir Putinlə son görüşü zamanı 10-dan çox sənəd imzalanıb. Gələn həftə Vladimir Putinin Azərbaycana səfəri nəzərdə tutulub. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri kimi ölkələr arasında tez-tez belə səfərlərin baş tutması məni sevindirir”.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri barədə gözləntiləri barədə danışarkən bildirib.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov
© Sputnik / Kemale Aliyeva
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov

"Mən həmişə bu barədə danışıram, ölkəmizdə olan siyasi liderlərə çağırış edirəm ki, bizim maraqlarımız qonşularımızladır. Çünki Qərb ölkələrindən fərqli olaraq qonşu ölkələr bizə dönük çıxmazlar. Bu gün Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə qarşılıqlı əlaqələr qurur. Çünki bu ölkələrlə bir çox ümumi siyasi, iqtisadi, mədəni sahələrimiz var. Düşünürəm ki, prezident bu anlamda çox yaxşı istiqamətdə hərəkət edir".

Kalaşnikov qeyd edib ki, Vladimir Putinin Azərbaycana gerçəkləşəcək səfəri çox ciddi razılaşmaların əldə olunması ilə nəticələnəcək: "Liderlər son səfərə qədər bir neçə dəfə görüşüblər. Bu səfərlər 10-dan çox sazişin imzalanması ilə nəticələnib, lakin bizim münasibətlərin inkişafı üçün potensial var".

Onun fikrincə, ölkələrin bir sıra sahələrdə əməkdaşlıq etməsi üçün çox yaxşı imkanları var: “Məsələn, paradoksal vəziyyət budur ki, Rusiya Xəzər dənizində əsasən hərbi donanma ilə təmsil olunur. Qazaxıstan, İran və Azərbaycanın da Xəzərdə hərbi donanması var. Lakin onlar həm də bu dəniz üzərindən daşımaların həyata keçirilməsi ilə məşğuldurlar. Lakin Xəzər dənizində Rusiya demək olar ki, daşımalarla məşğul olmur. Bu paradoksu aradan qaldırmaq lazımdır və biz bu istiqamətdə Xəzəryanı ölkələrlə müzakirələr aparırıq. Düşünürəm ki, Bakıda logistika, energetika, sosial-mədəni sahələrdə sazişlər imzalana bilər. Təhlükəsizlik sahəsində sazişlərə gəldikdə isə bu barədə nəsə deməyə çətinlik çəkirəm".

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov
© Sputnik / Kemale Aliyeva
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov

Komitə sədrinin sözlərinə görə, Rusiya prezidentinin Azərbaycana səfəri 25-27 sentyabr tarixlərində həyata keçiriləcək: "Böyük ehtimalla prezident sentyabrın 26-da Bakıya səfər edəcək. Bundan sonra hər iki prezident – həm Vladimir Putin, həm də İlham Əliyev sentyabrın 28-də Tacikistanda MDB ölkələrinin dövlət başçılarının sammitində iştirak etmək üçün Düşənbəyə yollanacaq".

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına mümkün üzvlüyü barədə danışan Kalaşnikov bildirib ki, Azərbaycanın bu gün KTMT üzvlüyünü nəzəri cəhətdən dəstəkləyir: "Lakin praktiki olaraq mən bunun mümkün olmadığını anlayıram. Nəzərə almaq lazımdır ki, KTMT konsensus əsasında hər hansı bir qərarı qəbul edir və Ermənistan təbii ki, Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacaq".

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Rusiya rəsmisi vurğulayıb ki, regional problemlərin həlli üçün qlobal oyunçuların – ABŞ, Rusiya və Avropa ölkələrinin təmsil olunduğu beynəlxalq formatın münaqişələrin həllinə dair nailiyyət əldə etməsinə dair hər hansı bir faktı xatırlamır: "Çünki ABŞ və Rusiyanın maraqları üst-üstə düşmür və bunu dünyada yaşanan proseslər açıq-aydın nümayiş etdirir. Rusiyadan fərqli olaraq Birləşmiş Ştatlar bizim qonşuluğumuzda olan regionlarda hər hansı bir problemin həllində maraqlı deyil. Fikrimcə, ATƏT-in Minsk qrupunun fəaliyyəti nə qədər qabardılsa da, onun əhəmiyyəti vurğulansa da, bu qurum Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. Bu məsələni yalnız Azərbaycan, Rusiya və Ermənistan prezidentləri həll edə bilər. Amma bu rəsmi Moskvanın yox, deputat Kalaşnikovun fikirləridir".

Əlaqədar

Rusiyalı deputat: “Putinin Azərbaycana səfəri yeni razılaşmalarla yadda qalacaq”
Kalaşnikov Bakıda: Putinin Azərbaycan səfərindən nə gözlənilir?
Putin təyyarənin vurulmasına cavabdan danışdı: “Bunu hamı görəcək”
Putin Yerevanda Sarqsyan və Koçaryanla görüşəcək
Paşinyan Putinin səfər anonsunu verdi
Teqlər:
Leonid Kalaşnikov, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Vladimir Putin, deputat, səfər

Əsas mövzular