19:04 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

İlham Əliyev TBMM sədri ilə görüşüb

© Official web-site of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
7 0 0

Binəli Yıldırımın parlament sədri kimi də ilk rəsmi səfərini Azərbaycana etməsinin önəmi qeyd edilib

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

Sputnik Azərbaycan president.az saytına istinadla xəbər verir ki, dövlət başçısı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirakına görə Binəli Yıldırıma təşəkkürünü bildirib. Binəli Yıldırımın parlament sədri kimi də ilk rəsmi səfərini Azərbaycana etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev onun yenidən ölkəmizə səfərindən məmnunluğunu bildirib.

Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Azərbaycana səfəri xatırlanıb və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm parad ölkələrimiz arasında dostluğun və qardaşlığın parlaq nümunəsi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edib.

Əlaqədar

Binəli Yıldırım: “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”
Binəli Yıldırım Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Binəli Yıldırım Azərbaycana gəlir
Binəli Yıldırım parlamentin sədri seçildi
Teqlər:
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Azərbaycan parlamenti, 100 illik yubiley, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, görüş

Əsas mövzular