09:24 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Oqtay Əsədov: "Ölkəmizdə nümunəvi parlament - Prezident münasibətləri formalaşıb"

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
43 0 0

Spiker: "Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçmiş insanların qayğıları ilə yaşamalıdır"

BAKI, 21 sentyabr — Sputnik. "Artıq 23 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaradıb və təkmilləşdirib. 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 5750-yə qədər qanun və qərar qəbul edib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin yaranmasının 100 illiyinə həsr edilmiş məqaləsində deyib. O bildirib ki, indiyədək xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında 20-yə qədər saziş bağlanıb, Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılıb.

"Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçmiş insanların qayğıları ilə yaşamalıdır. Milli Məclisin deputatları müntəzəm surətdə seçiciləri ilə görüşür, onların təşəbbüsü ilə Milli Məclisdə problemlər qaldırır, insanları narahat edən məsələlərin həlli üçün səylərini əsirgəmirlər" — deyə parlament sədri vurğulayıb.

Spikerin sözlərinə görə, ölkəmizdə nümunəvi parlament — Prezident münasibətləri bərqərar olub: "Azərbaycan Prezidenti cənab İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir dünya standartlarına uyğun qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Bunu qeyd etmək kifayətdir ki, parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu dövlət başçısının təşəbbüsü ilə müzakirəyə çıxarılır".

O.Əsədov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 12 ilə yaxın müddət ərzində Milli Məclisin deputatı olub: "Dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində, parlamentin beynəlxalq əlaqələrinin dərinləşdirilməsində yaxından iştirak edib. Mehriban Əliyeva Milli Məclisdə 4 amnistiya aktının müəllifi olub. Bu amnistiya aktları təqribən 40 min məhbusa şamil edilib. Həm bu insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanımın nə qədər ailəyə sevinc bəxş elədiyini təsəvvür edə bilərik. Mehriban Əliyeva bu gün də Milli Məclisin fəaliyyətinə böyük diqqətlə yanaşır".

Milli Məclis sədri diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsində görməyi arzulayırdı və bunun üçün çox böyük zəhmət sərf etmişdi: "Başqa sahələrdə olduğu kimi, bu sahədə də başlanmış işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl şəkildə davam etdirilir. Artıq indi qətiyyətlə söyləmək olar ki, müasir Azərbaycanın 100 yaşlı parlamenti xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən, icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət edən ali təmsilçilik orqanıdır".

Əlaqədar

Milli Məclisin əməkdaşı vəfat edib
Milli Məclis üzvündən bədbin açıqlama: "Sərt qərar Azərbaycana təsirsiz ötüşməyəcək"
Orta və ali məktəblərə qəbulla bağlı ciddi dəyişiklik - Milli Məclis təsdiqlədi
Milli Məclis üzvləri növbədənkənar toplandılar
Teqlər:
millət vəkili, deputat, Mehriban Əliyeva, İlham Əliyev, prezident, Oqtay Əsədov, sədr, spiker, parlament, Milli Məclis, Azərbaycan Respublikası

Əsas mövzular