SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İşğalçılıq siyasəti Ermənistanı nələrdən məhrum edir?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidYerevan şəhəri, arxiv şəkli
Yerevan şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni texnologiyaların sürətli inkişafı insanlara və ölkələrə iqtisadi və sosial sahələrdə yeni imkanlar yaradır

BAKI, 20 sentyabr — Sputnik. "Təhlükəsizlik və sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa nail olmaq üçün vacib bir şərtdir. Lakin hazırkı reallıqlar şəraitində, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdulaşdırır və daraldır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində inklüziv rəqəmsal inkişafa dair çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir: "Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik".

Məmmədyarovun sözlərinə görə, yeni texnologiyaların sürətli inkişafı insanlara və ölkələrə iqtisadi və sosial sahələrdə yeni imkanlar yaradır: "Bununla yanaşı, həmin proses kiber hücumlar və iş yerlərinin itirilməsi kimi yeni çağırışlar və təhdidlər gətirir. Bu çətinliklərlə üzləşərkən dövlətin üzərinə böyük məsuliyyət düşür. Beləliklə, vəziyyət düzgün qiymətləndirməli və vətəndaşların bu kimi təhdidlərdən qorunması üçün lazımı ölçülər götürülməlidir".

Xəbər lenti
0