QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan Ermənistana səsləndi: “Boş yerə gözləməyin”

© Photo : Kayhan Ozer / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycanın sevinci - Türkiyənin sevinci, Azərbaycanın acısı - Türkiyənin acısıdır”

BAKI, 15 sentyabr — Sputnik. “Türkiyə Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan yenidən ABŞ-a istiqamətləndi

“Azərbaycanın sevinci — Türkiyənin sevinci, Azərbaycanın acısı — Türkiyənin acısıdır” — deyən Ərdoğan qeyd edib ki, Ankara dost ölkənin problemlərinin aradan qaldırılması üçün əlindən gələni edir.

Türkiyəli lider Ermənistanın Azərbaycana qarşı davam edən işğal siyasətinə də toxunub.

“Qardaşımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq qardaşımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir” — Türkiyə prezidenti vurğulayıb.

“Xocalıdakı qətliama, Dağlıq Qarabağda dinc əhalinin qətlinə görə cəzalanmayanlar, qatilləri qəhrəman adlandıranların Türkiyəyə tarix öyrətmək haqqı yoxdur” — prezident Ərdoğan əlavə edib.

Xəbər lenti
0