20:37 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

XİN Ermənistan baş nazirinə cavab verdi

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
77 0 0

N.Paşinyan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassızdır

BAKI, 12 sentyabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini məhv etməkdən ibarətdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edərkən deyib.

O, gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəfin Ermənistan Respublikası olduğunu bildirib: "İşğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanı təsbit edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz".

XİN rəsmisi deyib ki, N.Paşinyan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassızdır: "ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hal-hazırda müzakirədə olan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistan baş nazirə sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadlılığını artırmağı tövsiyə edirik".

Onun sözlərinə görə, bu kimi provokativ və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət baş şəkildə Ermənistan baş nazirinin üzərinə düşür.

Əlaqədar

XİN Paşinyanın Moskva bəyanatına cavab verdi
XİN: İşğal olunmuş ərazilərimizə klounların səfəri davam edir
XİN bəyanat verdi: Azərbaycan pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır
Azərbaycan XİN: Ermənistan indi din amilini ortaya atıb
Azərbaycan prezidenti: “Bütün məsuliyyət şəxsən Paşinyanın üzərinə düşəcək”
Teqlər:
məsuliyyət, cavab, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, XİN, Ermənistan baş naziri Nikol Paşinyan

Əsas mövzular