Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Bakı-Moskva münasibətləri: Azərbaycanın KTMT-yə üzvlük imkanları

Abunə olmaq
Politoloqlar İlham Əliyevin Moskva səfərini, Azərbaycanın gələcəkdə Kollektiv Təhlükəzislik Müqaviləsi Təşkilatına üzvlüyünü, ŞƏT-lə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

BAKI, 29 avqust — Sputnik. Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfərə hazırlaşdığı məlum olub. Bu, İlham Əliyevin cari ilin aprelində keçirilən seçkilərdə növbəti dəfə prezident postuna seçiləndən sonra Rusiyaya ilk səfəri olacaq.

Bu gün ekspertlər iki ölkə rəhbərliyi arasında əlaqələrin yüksək səviyyədə olduğunu və onların əməkdaşlığın bütün əsas istiqamətləri üzrə intensiv ikitərəfli dialoq apardığını qeyd edirlər. Eyni zamanda, ictimai müzakirələrə səbəb olan mövzular arasında Azərbaycanın gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mümkün iştirakı da var. Həmçinin Azərbaycanın Rusiyanın aparıcı rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrlə sıx qarşılıqlı əməkdaşlıqlıq qurması da müzakirə edilən mövzular arasındadır.

Bu dialoqun yaxın zamanlarda necə inkişaf edəcəyi və onun Cənubi Qafqaza nə gətirəcəyi barədə 31 avqust saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Cənubi Qafqaz" politoloqlar klubunun 58-ci iclasında danışılacaq. İştirak edəcəklər:

Oleq Kuznetsov — rusiyalı politoloq,

Fikrət Sadıxov — politoloq,

Tofiq Abbasov — politoloq,

Zaur Məmmədov — politoloq.

Moderator politoloq İlqar Vəlizadə.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0