11:58 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
İran prezidenti Həsən Ruhani

Həsən Ruhani ABŞ-a sərt cavab verdi

© AFP 2018 / STR
SİYASƏT
Qısa URL
0 0 0

İqtisadi problemlər var, amma ən əhəmiyyətlisi insanlar İranın gələcəyinə inamını itirdi

BAKI, 29 avqust — Sputnik. İran prezidenti Rugani İranda iqtisadi böhrandan sonra bu gün millət vəkillərinin qarşısına çıxaraq sualları cavablandırıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ruhani açıqlamalarında "yanvar ayında yaşanan hökümətə qarşı aksiyalar, Trampa nüvə anlaşmasından ayrılması mövzusunda cəsarət verib"- deyə qeyd edib.

Dövlət televiziyasında canlı yayımda danışan Ruhani hökümətin iqtisadi çətinliklərin öhdəsindən gələcəyini də qeyd edib. O, bildirib ki, Ağ evdə İrana qarşı olan idarəçilər var: "İqtisadi problemlər var, amma ən əhəmiyyətlisi insanlar İranın gələcəyinə inamını itirdi".

Ruhani həmçinin qeyd edib ki, ABŞ-dan və ya iqtisadi problemlərdən qorxmurlar: "Bu problemlərin öhdəsindən gələcəyik".

Ancaq Ruhaninin açıqlamaları vəkillərin ürəyincə olmayıb. Tasnim xəbər agentliyinin məlumatına görə, yayımdan sonra olan səsvermədə Ruhaninin açıqlamalarının qənaətbəxş olmadığı müəyyən olub.

Xatırladaq ki, ABŞ P5+1 ölkələri ilə birlikdə İran ilə imzalanan nüvə anlaşmasından ayrılaraq, İrana qarşı sanksiyalar tətəbiq etməyə başlayıb.

Əsas mövzular