SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Acarıstanın keçmiş rəhbəri Azərbaycana səfir təyin edildi

© Photo : FB / Zurab PataradzeZurab Pataradze
Zurab Pataradze - Sputnik Azərbaycan
Abunə olmaq
Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub

BAKI, 27 avqust — Sputnik. Gürcüstan prezidentinin fərmanına əsasən, Zurab Pataradze Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Sputnik Gürcüstan-ın məlumatına görə, bu barədə Gürcüstan KİV-ləri xəbər yayıb.

Prezidentin fərmanında deyilir: "Gürcüstanın "Diplomatik xidmət Haqqında" qanununun 5-ci bəndinin 6-cı maddəsinə əsasən, Zurab Pataradze 2018-ci il 29 avqust tarixindən Gürcüstanın Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin".

Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016).

Xəbər lenti
0