21:07 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
267 0 0

"Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi"

BAKI, 18 avqust — Sputnik. Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı ilə əlaqədar qurumun indiki baş katibi Antonio Quterreşə başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığının mətnində deyilir:

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

"Hörmətli cənab Baş katib,

Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Kofi Annan uzun illər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin qarşısının alınması, davamlı inkişafın təmin edilməsi işinə mühüm töhfələr verib.

Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olub.

Bu ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Əlaqədar

Dünyaca məşhur siyasətçi öldü — FOTO
Teqlər:
Kofi Annan, başsağlığı, Birləşmiş Millətlər Təşkilatı, vəfat, Prezident İlham Əliyev

Əsas mövzular