SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Tacikistan prezidentləri arasında təkbətək görüş olub

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Tacikistan prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub. Sputnik Azərbaycan Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib - Sputnik Azərbaycan
Tacikistan Prezidenti Azərbaycanda rəsmi səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib. Prezident İlham Əliyev və prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Tacikistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Xəbər lenti
0