Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İki ölkə XİN başçılarının görüşəcəyi yer məlum oldu

© Sputnik / Murad OrujovПресс-конференция глав МИД Азербайджана и РФ Эльмара Мамедъярова и Сергея Лаврова. Баку, 12 июля 2016 года
Пресс-конференция глав МИД Азербайджана и РФ Эльмара Мамедъярова и Сергея Лаврова. Баку, 12 июля 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzəryanı dövlətlərin sammiti avqustun 12-də Aktauda keçiriləcək

BAKI, 9 avqust — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 11-i Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Avqustun 11-i Rusiya xarici siyasət idarəsinin rəhbəri Xəzəryanı ölkələrin Xarici İşlər Nazirliyinin səkkizinci iclasında iştirak edəcək. Görüşdə məqsəd 5 Xəzər sammitinə hazırlıq olacaq", — deyə Zaxarova qeyd edib.

O, xatırladıb ki, nazirlərin buna bənzər sonuncu görüşü 4-5 dekabr 2017-ci il tarixində baş tutub.

Xəzəryanı dövlətlərin sammiti avqustun 12-də Aktauda keçiriləcək. Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir. 

Панорама Баку  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Niyə Xəzər dənizinin problemləri yetərincə işıqlandırılmır?

Qeyd edək ki, ötən ilin dekabrın 5-də Moskvada beş ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə region ölkələri Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır.

Bu ilin iyulun 29-da Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə təklifini qəbul edib. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanını yaradır.

"Ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər" — deyə Konvensiyanın 14-cü maddəsində bildirilir.

Lakin eyni zamanda vurğulanır ki, bu cür layihələr "ölkələrin iştirakçıları olduğu beynəlxalq sazişlərdə" göstərilən ekoloji tələblər və standartlara uyğun olmalıdır. Bu mənada 2003-cü ildə imzalanan "Xəzər dənizində ətraf mühitin qorunması üçün çərçivə konvensiyası" və onun protokolları vurğulanılır.

"Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sualtı kabellərin və boru kəmərlərinin keçəcəyi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır" — deyə Konvensiyada bildirilir.

Xəbər lenti
0