14:05 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8947
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında

Çavuşoğlu: “Paşinyanı təbrik etməyim siyasətimizin dəyişməsi demək deyil”

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
252 0 0

“Bizim mövqeyimiz bəllidir. Azərbaycanın qəbul etdiyi istənilən qərarı dəstəkləyirik”

BAKI, 24 iyul — Sputnik. “Türkiyə xarici işlər nazirinin ölkədə keçirilən seçkilərdən sonra Azərbaycana ilk səfər etməsi olduqca sevindirici haldır və bu artıq ənənə halını alıb”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bildirib: “Biz bir millət və iki dövlətik. Ölkələrimiz arasında çox gözəl ənənə formalaşıb. Seçkilərdən sonra hər iki ölkə rəsmisi qardaş ölkəyə səfər edir. Bu gün mən Azərbaycana gəldim. Bu yaxınlar Türkiyə parlamentinin sədri Binali Yıldırım və müdafiə naziri də Azərbaycana səfər edəcək. Biz bu il TANAP-ın açılışını etdik. Gələn il isə istifadəyə veriləcək TAP layihəsi ilə Azərbaycan qazı Avropaya gedəcək. Biz hər səfərimizlə qardaşlığımızı daha da gücləndiririk. Bu gün biz Avropa Şurası və AŞPA-da son vaxtlar baş verənləri də müzakirə etdik. Bu müzakirələrə Səməd Seyidov da qatıldı. Çox təəssüflər olsun ki, son zamanlar bu qurumlar öz əvvəlki nüfuzunu itirib”.

Çavuşoğlu müzakirələr zamanı Bakı – Tbilisi – Qars dəmiryolu üzrə daşımaların artırılması məsələlərinə toxunduqlarını qeyd edib.

Türkiyəli nazir bildirib ki, Bakı – Tbilisi – Qars dəmiryolu xətti Orta Asiya və Əfqanıstana gedən ən qısa yoldur və: “Biz bu yol vasitəsilə Mərkəzi Asiya ölkələrinə də yük daşımalarını həyata keçirə bilərik. Bu dəmiryolu vasitəsilə sərnişin daşımalarına gəldikdə isə bu barədə dəqiq məlumat yoxdur. Ancaq ümid edirəm ki, bu ilin sonuna qədər bu dəmiryolu vasitəsilə sərnişin daşımaları da həyata keçiriləcək”.

Çavuşoğlu Türkiyənin İrana yönəlik sanksiyalara qarşı olduğunu da qeyd edib: “Vaxtilə Avropa Birliyi və ABŞ Rusiyaya qarşı da sanksiya tətbiq etmişdi, amma buna da qoşulmadıq. Bunları doğru hesab etmirik”.

“İranın küncə sıxışdırılması və ABŞ-ın İran nüvə sazişindən çıxmasını da doğru saymırıpq. Bu yaxınlarda ABŞ dan Türkiyəyə bir heyət gəldi. Onlara da dedik ki, biz nefti İrandan almasaq, ehtiyacımızı haradan alacayıq. İranla fərqli baxışlarımız ola bilər, amma sanksiyaları düzgün hesab etmirik” – deyə XİN başçısı əlavə edib.

Mövlud Çavuşoğlu Ermənistan rəhbərliyini təbrik etməsinə də aydınlıq gətirib: “NATO sammiti zamanı mən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatasakanyanla görüşdüm. O, vaxtilə Avropa Şurasında Ermənistanın təmsilçisi idi. Yəni biz bir-birimizi tanıyırdıq. Mən onu xarici işlər naziri təyin olunması münasibəti ilə təbrik etdim. Onun yanında baş nazir Nikol Paşinyan da var idi və mən də onun Ermənistanın baş naziri seçilməsi münasibəti ilə təbrik etdim. Mənim onu təbrik etməm bizim Azərbaycan, Qarabağla bağlı siyasətimizin dəyişməsi anlamına gəlmir. Bizim mövqeyimiz bəllidir. Azərbaycanın qəbul etdiyi istənilən qərarı dəstəkləyirik" – deyə Çavuşoğlu bildirib.

Əlaqədar

Məmmədyarov-Çavuşoğlu görüşü keçirilir
Paşinyan detalları açıqladı: Çavuşoğlu ona nə deyib?
Çavuşoğlu Azərbaycana gəlir
Teqlər:
aydınlıq, Zöhrab Mnatsakanyan, Nikol Paşinyan, təbrik, sanksiya, İran, Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov, mətbuat konfransı

Əsas mövzular