03:09 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
156 0 0

Sabah Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Brüsseldə görüşü keçiriləcək

BAKI, 10 iyul — Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən gözləntilərini açıqlayıb. Sputnik Ermənistan xəbər verib ki, nazir danışıqların dinamikasının vacibliyini qeyd edib.

Mnatsakanyan jurnalistlərin Ermənistan və Azərbaycan liderlərinin mümkün görüşü barədə sualını belə cavablandırıb: "Hələlik nazirlərin görüşü gözlənilir".

Qeyd edək ki, sabah Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Brüsseldə görüşü keçiriləcək. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endrü Sxoferun (ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Məlumata əsasən, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Teqlər:
Zöhrab Mnatsakanyan, gözlənti, Brüssel, Elmar Məmmədyarov, ATƏT-in Minsk qrupu, həmsədrlər, görüş

Əsas mövzular