SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lukaşenko Əliyevə məktub göndərdi, strateji tərəfdaşlıqdan danışdı

© AZƏRTACİlham Əliyev və Aleksandr Lukaşenko
İlham Əliyev və Aleksandr Lukaşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus və Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyi tamam olur

BAKI, 29 iyun — Sputnik. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri dayanıqlı strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb. Hər iki dövlət çoxtərəfli sahələrdə məhsuldar qarşılıqlı fəaliyyət göstərir, mühüm beynəlxalq problemlərdə həmrəy mövqe tutur.

Birgə səylərlə əməkdaşlığın möhkəm iqtisadi bünövrəsi qoyulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilir.

Əminəm ki, ölkələrimiz arasında təməlində ənənəvi etimad duran münasibətlər bundan sonra da Belarus və Azərbaycan xalqlarının mənafeyi naminə dinamik inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, daimi uğurlar, dost Azərbaycanın vətəndaşlarına isə sülh və rifah arzulayıram".

Xəbər lenti
0