SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd imzalanacaq

© Sputnik / Anar MustafayevПодписание договора страхования
Подписание договора страхования - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanacaq

BAKI, 22 iyun — Sputnik. "Maliyyə əməkdaşlığı Avropa İttifaqının Azərbaycanla münasibətlərinin təməl daşı olaraq qalır. Ölkəmiz regionda siyasət işi ilə maliyyə yardımı arasında daha sıx sinerji yaratmaqda instrumental rol oynamış Tvinninq layihələrinin çempionu olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib. 

Эльмар Мамедъяров, министр иностранных дел Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
Məmmədyarov "Şərq Tərəfdaşlığı"nın gələcəyindən danışdı

XİN başçısı bildirib ki, Vahid Dəstək Çərçivəsində 2014-2017-ci illər üzrə Avropa İttifaqının Azərbaycana göstərdiyi yardım regional və kənd ərazilərinin inkişafı, ədliyyə sektorunda islahatlar, potensialın artırılması və institusional quruculuğa dəstək sayəsində təhsil və bacarıqların inkişafı kimi əsas dövlət siyasətlərinin həyata keçirilməsinə töhfə verib: "Biz iqtisadiyyatı diversifikasiya etmək və iqtisadiyyatın əsas sektorları və milli iqtisadiyyat üzrə Strateji Yol Xəritəsində müəyyən edilən xüsusi sektora yönəldilmiş inkişaf modelinə əsaslanan özəl sektora keçid etmək üçün hökumətin iddialı islahat gündəliyinin həyata keçirilməsində Aİ-nin sıx əməkdaşlığını dəstəkləyirik.

Yerli istehsalın xarici bazarlara çıxmasını təmin etmək məqsədilə, kənd ərazilərində sahibkarlıq fəaliyyəti və investisiya imkanlarını inkişaf etdirmək məqsədi daşıyan "EU4Lankaran" kimi oxşar daha çox layihənin həyata keçirilməsini gözləyirik. Aİ-nin Azərbaycan üçün maliyyə yardımının gələcəkdə proqramlaşdırılması Tərəfdaşlıq Prioritetləri ilə idarə olunacaq. Biz danışıqları yekunlaşdırmağa yaxınlaşırıq və tezliklə onu imzalamağa ümid edirik".

Onun sözlərinə görə, sənəd uzunmüddətli perspektivdə tərəflərin Aİ tərəfindən Çoxillik Maliyyə Çərçivəsinin yeni mərhələsi üçün ayrımış vəsaitlərinin emissiya dərəcəsini artırmağa imkan verəcək Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının uzunmüddətli hədəflərinə yönəldiləcək: "İndiyə qədər Azərbaycan TANAP-ın Boru Kəməri Təhlükəsizliyi Sistemi üçün ətraflı mühəndislik fəaliyyətlərinə görə yardım aldığı Avropanın uzlaşdırılması mexanizmi kimi xüsusi proqramlarından əhəmiyyətli dərəcədə faydalanıb. 

Prezident İlham Əliyev qaçqınlarla - Sputnik Azərbaycan
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

Avropa Qonşuluq aləti çərçivəsində Ərazi Əməkdaşlığı sərhədyanı bölgələrdə sosial və iqtisadi çağırışların birgə həlli üçün Azərbaycan və Gürcüstanın yerli hakimiyyət orqanları və icmaları arasında sərhədlərarası əlaqələri gücləndirir. Biz, Xarici İnvestisiya Planını Aİ-nin şərq qonşuluğuna doğru klassik inkişaf yardımlarından kənara çıxacaq iddialı və hərtərəfli uzunmüddətli maliyyə strategiyası kimi nəzərdən keçiririk. Həmçinin, Azərbaycan regional sərhədboyu layihələr üçün Azərbaycan istisna olmaqla Aİ-nin digər tərəfdaş ölkələrini özündə ehtiva edən Aİ-nin "Avropanın Uzlaşdırılması Mexanizmi" layihəsindən dolayı yolla faydalanmışdır. Bankçılıq layihələri sözsüz ki Aİ-nin maliyyələşməsinin cəlbi istiqamətində həlledici rol oynayır və Azərbaycan bu xüsusda çox yaxşı mövqedə yerləşir. Biz, bu xüsusda Xarici İnvestisiya Planına uyğun olaraq qurumlardan ən yaxşı şəkildə istifadə etmək məqsədilə avropalı tərəfdaşlarımızla işləməyi səbirsizliklə gözləyirik. Digər tərəfdən Aİ-nin tərəfdaş ölkələrlə siyasi və ya maliyyə əlaqəsi tərəfdaş ölkələrin öz regional gündəliyinin pozulmasına gətirib çıxarmamalıdır, əksinə onların ənənəvi strateji münasibətlərini və layihələrini dəstəkləməlidir.

Əminliklə qeyd edə bilərəm ki, Aİ və tərəfdaş ölkələrinin uzunmüddətli maraqları əlaqələrimizin daha da yaxın olmasını tələb edir. Bir çox sahələrdə böyük istifadə olunmamış potensial var və bizim güclü tərəfdaşlar olmağımız üçün çoxlu səbəblər vardır. Biz sammitin bəyanatlarının yalnız kağız üzərində və mövcud vəziyyətdən kənarda qalmasına yol verə bilmərik.

Mən və komandam yuxarıda qeyd etdiyim məqamların müzakirəsi üçün hazırıq. İnanıram ki, bugünkü görüş ŞT çərçivəsində əməkdaşlığımızın əsas komponentlərinin gücləndirilməsi və səmərliləşdirilməsi üçün ortaq məqsədlərimizə xidmət edəcək".

Xəbər lenti
0