04:36 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Fransa prezidenti Emmanuel Makron

Emmanuil Makron: "Azərbaycan daim Fransanın dəstəyinə arxalana bilər"

© Foto : Eric Feferberg / Pool via Reuters
SİYASƏT
Qısa URL
41 0 0

Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərib

BAKI, 26 may — Sputnik. Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səadət və firavanlıq diləməkdən və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanın 1918-ci ildə bəyan edilmiş və 1991-ci ildə bərpa olunmuş müstəqilliyinin yüz illiyini qeyd etdiyi bir vaxtda, stabil, müasir və çiçəklənən belə bir dövlət qurmaq üçün adətən çətin keçilən yol mənə bəllidir.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə qətiyyətli olduğuma Sizi əmin etmək istərdim. Azərbaycan gələcək çağırışların həllində və Avropa İttifaqı ilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər.

Eyni zamanda, icazə verin, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və dayanıqlı həlli yolunun nəhayət tapılması üçün Minsk Qrupunun həmsədri kimi Fransanın bütün səylərini əsirgəməyəcəyini bir daha vurğulayım.

Cənab Prezident, iyul ayının sonunda Sizinlə Parisdə görüşmək ümidindəyəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Teqlər:
məktub, təbrik, Azərbaycan Prezidenti İlham Əliyevə, Fransa prezidenti Emmanuel Makron

Əsas mövzular