08:12 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
SİYASƏT

Lukaşenko Əliyevə: “Azərbaycan vətəndaşlarına əmin-amanlıq və firavanlıq arzu edirəm”

SİYASƏT
Qısa URL
32 0 0

Belarus Respublikasının Prezidenti azərbaycanlı həmkarını təbrik edib

BAKI, 23 may — Sputnik. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycanın sabit sosial-iqtisadi inkişafı Sizin ardıcıl surətdə həyata keçirdiyiniz, müstəqilliyin və suverenliyin möhkəmlənməsinə yönəlmiş dövlət xəttinin nəticəsidir.

Ürəkdən sevinirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı həm xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətləri ilə, həm də ölkələrimizin strateji tərəfdaşlığı dərinləşdirməyə fəal səy göstərməsi ilə səciyyəvidir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm".

Teqlər:
28 May - Respublika Günü, təbrik, Azərbaycan Prezidenti İlham Əliyevə, Belarus prezidenti Aleksandr Lukaşenko

Əsas mövzular